“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir
12:33 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşəbbüsü (TQDK), “ASAN xidmət”in təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakı şəhərindəki ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Xatırladaq ki, “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə Sumqayıt şəhərində keçirilib. Aksiya çərçivəsində bu günədək Sumqayıtda 2 minə yaxın, Bakıda isə mindən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Bu aksiyanın ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Senedsiz_mektebli_qalmasin_aksiyasi_davam_edir-916129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR