Salyanda 5 kəndi birləşdirən yolda tikinti işləri yekunlaşır

Salyanda 5 kəndi birləşdirən yolda tikinti işləri yekunlaşır
12:43 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Salyan, 5 yanvar, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Salyanın Çuxanlı, Gəncəli, Piratman, Parça-Xələc və Seyidan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, Parça-Xələcdən Çuxanlı kəndinədək uzunluğu 15 kilometr olan yolun tikintisi yekunlaşmaq üzrədir. Tikinti işləri bu il yanvar ayının sonlarında başa çatacaq. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən yolda tikinti işlərinin sürətlə aparılması üçün işə bütün lazımi maşın-mexanizm cəlb olunub. Kəndləri birləşdirən yolun ümumi eni 10 metr, asfalt hissəsi 6 metr, döşənəcək asfalt ikiqat olmaqla qalınlığı 10 santimetr təşkil edəcək. Tikinti zamanı mövcud olan körpülər əsaslı təmir ediləcək, suötürücü borular yeniləri ilə əvəzlənəcək. Yolun tikintisinin başa çatması ilə yaşayış məntəqələrinə gediş-gəliş yaxşılaşacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanda_5_kendi_birlesdiren_yolda_tikinti_isleri_yekunlasir-916137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR