Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir

Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
12:43 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Ötən ilin iyununda Bakıda keçirilən birinci Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) üçün mühüm hadisədir.
AZƏRTAC xəbər verir ki, bu fikir Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Yeni il münasibətilə təbrikində qeyd olunub.
O qeyd edib ki, ötən il Avropa Bakıda birinci Avropa Oyunlarını keçirməklə dünyadakı qitə oyunlarına beşinci halqanı əlavə edə bilib. Bu 17 gün Avropa Olimpiya Komitəsinin işinə əvvəlki təşəbbüslərlə və proqramlarla müqayisədə daha böyük maraq oyadıb.
P.Hikki diqqətə çatdırıb ki, bu möhtəşəm idman hadisəsi Avropa Olimpiya Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində mühüm mərhələdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Patrik_Hikki_Baki_2015_Avropa_Olimpiya_Komitesi_uchun_muhum_hadisedir-916135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR