"Muğanbank"ın beynəlxalq reytinqi azaldıla bilər

12:52 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Agentliyin Moskva ofisindən verilən açıqlamada Azərbaycan iqtisadiyyatında müşahidə olunan yavaşlamanın "Muğanbank"ın aktivlərinin keyfiyyətinin pisləşməsinə və gəlirlərinin azalmasına təsir edəcəyi qeyd olunub. Azərbaycanda kredit riskləri və Bankın kapital buferinə təzyiqlərin artması ilə əməliyyat mühitinin pozulması şəraitində səhmdarların maliyyə köməyi qaçılmazdır.
Azərbaycanda qeyri-neft iqtisadiyyatının kredit ödəmə qabiliyyətinin zəif olduğunu bildirən Agentlik, bu vəziyyətin bank sisteminin aktivlərinə neqativ təsirinin davam edəcəyini vurğulayıb. Gürcüstan və Macarıstan kimi ölkələrdəki banklarla müqayisədə Azərbaycanda son 5 ildə manatın məzənnəsinin sabit olması valyuta kreditləşməsində riskləri məhdudlaşdırıb. Lakin 2015-ci ildə manatın təxminən 2 dəfə ucuzlaşması nəticəsində bankların xarici valyutada olan borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcəyi bildirilir.
Agenlik "Muğanbank"ın aktivlərinin keyfiyyətinin ümumi bank sektorunun orta səviyyəsində olduğunu bildirib. Ötən ilin oktyabrın 1-nə 90 gündən artıq problemli kreditlərin məcmu kredit portfelində payı 8% olub, bunun yaxın 12-18 ayda 12-15%-ə yüksələcəyi gözlənilir. Səbəb kimi isə subyektlərin real gəlirlərinin azalması və valyuta riskinin kredit riskinə transformasiyası göstərilir. Qeyd olunur ki, "Muğanbank"ın kredit portfelinin 20%-i xarici valyutadadır. "Standard & Poor's" bildirir ki, Bankın səhmdarları 2016-cı ilin əvvəlində dəstək kimi bankın kapitalına 5-10 mln. manat həcmində vəasit əlavə edəcəklərini açıqlayıblar, bu da Bankın kapital buferinə olan təzyiqlərin bir qədər azalmasına səbəb olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/muganbank-in-beynelxalq-reytinqi-azaldila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR