Azərbaycanda yanacaqdoldurma məntəqəsini partlatmaq istəyən yaxalanıb

Azərbaycanda yanacaqdoldurma məntəqəsini partlatmaq istəyən yaxalanıb
13:03 5 Yanvar 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində baş verib. Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib. Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR