8 rayonda direktorlar müsabiqə yolu ilə seçiləcək – ƏMR

8 rayonda direktorlar müsabiqə yolu ilə seçiləcək – ƏMR
13:04 5 Yanvar 2016
85 Sosial
Ölkə mətbuatı
A- A+

 

Təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni əmrə əsasən, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb.

Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər təşkil olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR