Bakı, 5 yanvar, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 6-da saat 14.00-da Ucar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonları sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.