"Twitter"də işləyən azərbaycanlı: "İmkanlar var..."

"Twitter"də işləyən azərbaycanlı: "İmkanlar var..."
13:16 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"Twitter"də böyük layihələrə imza atan həmyerlimiz Tural Bədirxanlının ANS-in Vaşinqton bürosuna müsahibə verib.

ANS PRESS həmin müsahibəni oxucularına təqdim edir.

Salam Tural, həyat hekayənizin elm hissəinə qısa səyahət etsək nələri deyərdiz?

Mən 11 ildir ki, ABŞ-da yaşayıram.

Orta məktəbi Qubada liseydə bitirmişəm. Həmişə xaricdə oxumağı xəyal etmişəm. Ali təhsili xaricdə almağı düşünürdüm. Elə də oldu. Türkiyənin Boğaziçi Universitetinə daxil oldum. Təhsilə orda başladım. Orda oxuduğum müddətdə ABŞ-dakı imkanlar barədə məlumatlar toplayırdım.

Öyrəndim ki, ABŞ-da nüfuzlu universitetlərə pulsuz qəbul olmaq olar. Müraciət elədim və qəbul odum. Bostonda təhsilimi davam etdirdim.
Amerikada 5 il bakalavır və magistr təhsili aldım. Ondan sonra San-Fransiskoya işləməyə getdim. 6 il orda işlədim. Əvvəl Google-da işləyirdim, daha sonra isə Namomedia şirkətini qurduq. Şirkəti "Twitter"ə satandan sonra bir il müddətində burada işlədim. Bir neçə aydır "Twitter"in Nyu-York ofisində çalışıram.

Sizin Twitterdə işiniz nədən ibarətdir?

Bizim yeni rəhbər Cek Dorsi gələndən sonra şirkət daha fokuslu təşkilat oldu. Hacırda mən "Twitter"in "Moments" məhsulu üzərində işləyirəm. "Moments" "Twitter"in ən son və ən yeni məhsuludur. Hələlik bir neçə ölkədə ABŞ və Braziliyada istifadə verilib. Daha sonra Kanadada və Avropa ölkələrində açacayıq. "Moments"in mühəndislik departamentində işləyirəm. Hələlik detalları açıqıamaq istəmirəm. Çünki bəzi layihələrimiz məxfidir.


Nyu-York şəhəri


Deyirsiz Brazilyada açmısız. Braziliyalılar hansı yenliklərdən istifadə edirlər?

Məsələn "Twitter" istifadəçilərinin ən böyük narahatçılığı odur ki, "Twitter"də ordan burdan məlumatlar çox olur, istifadəçilər də çox vaxt onları itirirlər və məlumatı tapmaqda çətinlik çəkirlər. "Moments"in məqsədi odur ki, dünyada baş verən hadisələri və xəbərləri bir hekayə kimi bir yerə toplamaq və insanların o hekayələri təqib etməsini asanlaşdırmaqdır. Məsələn Parisdəki hücumla bağlı bir neçə hekayə qoyduq və onu milyonlarla insan izlədi. İnsan sadəcə klik edib hekayəni görür.

ABŞ-ın aparıcı şirkətlərində nə qədər azərbaycanlı işləyir? Əlaqələriniz varmı?

Bəli əlaqələrimiz var. "Google" şirkətində, "Facebook" ve "Skype" şirkətlərində çalışan azərbaycanlılar var. Əlaqə saxlayırıq.

Onlar da sizin kimi peşələrinin dərinliyinə baş vururlarmı?

Bəli, bəli. Mən bir neçə azərbaycanlı tanıyıram çox ağıllı insanlardılar və bu sahədə ciddi şirkətlər də qurublar. Mən sadəcə ümid edirəm bu say çox -çox artsın. Çünki potensiallı gənclərimiz həqiqətən də çoxdur.

Sizin bu müsahibənizi ola bilər ki, bir çox gənclər oxusun. O gənclərə necə yol göstərərdiz? Hədəfə çatmaq üçün nələr etməlidirlər?

Mən təhsil alanda 2002-ci il idi. Onda mən heç bilmirdim ki, MIT adında məktəb var. Məlumatımız çox az idi. İnternet məktəbimizə təzə gəlmişdi. Düzdü indi fərqli dünyadı, məlumatlar çox tez yayılır. Amma Azərbaycanda bir çox insanın hələ də bəzi imkanlardan xəbəri yoxdur. İmkan olduqca mən kömək edirəm. Amma əsas istək insanın içindən gəlməlidir. Risk etmək lazımdır. Mən düşünürəm çox- çox ağıllı insanlar var. Problem sadəcə insanların vaxt ayırıb faydalı işlə məşğul olmamalarındadır. Və riskli deyillər. Risk etmək çox vacibdir.



Tural Bədirxanlı - "Twitter"də işləyən azərbaycanlı


Amma siz də bilirsiniz ki, Azərbaycanda istifadəçilər əsasən "Facebook"dan yararlanırlar. Nədənsə insanlarımızın marağı "Twitter"ə bir o qədər də çox deyil. Bu nədən irəli gəlir?

"Facebook" daha çox insanların dost dairəsi əhatəsində formalaşır. "Twitter" isə tamamilə fərqlidir. "Twitter" insanların maraq dairəsi ətrafında fokuslaşır. "Twitter"in dünyada unikal yeri var. Dünya liderləri, ulduzlar, məsələn Hindistanın və ya Ingiltərənin Baş naziri, o cümlədən bizim prezidentimiz də "Twitter"dədir. Bu insanlar "Twitter" vasitəsi ilə öz siyasi platformalarını insanlara çatdırırlar. "Twitter"in hələlik oxşarı yoxdur.

Bəs təhlükəsizlik məsələləri nə yerdədir?

Təhlükəsizlik baxımından xüsusi olaraq narahatlığa da əsas yoxdur. Çünki "Twitter"də o qədər də şəxsi məlumat yoxdur. "Twitter"də hesab qrumaq üçün sadəcə ad və familiya və email adresi yetər. Twitter hətta insanın cinsini belə soruşmur.

İndi dünyada, elə Amerika Birləşmiş Ştatlarında da müsəlmanlara qarşı fikir birmənalı deyil. Siz "Twitter" kimi məhşur bir şirkətdə çalışırsız. Müsəlmanlara twitterdə yanaşma necədir?

"Twitter"də müsəlman qrupları var. Yanaşma çox müsbətdir. "Twitter" xüsusi olaraq düynyaya "Səsi çıxmayan insanlara səs verək" missiyası aparır. Mən xüsusi olaraq narahatlıq keçirmirəm. Amerika fəlsəfəsində də o var ki, öz təhlükəsizliyin üçün azadlığını qurban vermək olmaz. Ona görə, insanlar burda azaddır və burda belə bir qorxu yoxdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR