Bayram günlərində 24 yol qəzası baş verib, 15 nəfər həlak olub

Bayram günlərində 24 yol qəzası baş verib, 15 nəfər həlak olub
13:43 5 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov-Trend:

Bayram günlərində Azərbaycanın avtomobil yollarında 24 yol qəza hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisələr nəticəsində 15 nəfər dünyasını dəyişib.

Məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yanvarın 1-də baş verən 8 yol-nəqliyyat hadisəsində 17 nəfər yaralanıb. Yanvarın 2-də 3 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yanvar ayının 3-də baş vermiş 3 yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb, yanvarın 4-də isə 6 yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2476868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR