Bakıda oğurluq edən şəxslər tutulub

Bakıda oğurluq edən şəxslər tutulub
13:49 5 Yanvar 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 28-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Karvansaray” ticarət mərkəzində yerləşən anbarlardan birindən qapının qıfılını sındırmaq yolu ilə 8 ədəd su qızdırıcısı və mebel aksesuarları oğurlanıb.

 

Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Mübariz Sayadov tutulub.

 

Yanvarın 1-nə keçən gecə isə Nərimanov rayonunda yaşayan Mahmud Ağamalıyevin evindən pəncərədən girmək yolu ilə 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Nərimanov rayon 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Samir Əzəmmədov saxlanılıb.

 

Hər bir faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR