Rus Dram Teatrında əməkdar artistin yubileyinə həsr edilən tamaşa hazırlanır

13:52 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Teatrdan "Report"a verilən məlumata görə, tamaşa yanvarın 17-də nümayiş etdiriləcək.
Tamaşa Rus Dram Teatrının aktrisası, əməkdar artist Yevgeniya Nevmerjitskayanın 70 illik yubileyi münasibətilə hazırlanıb.
Əməkdar artist tamaşada baş rolu ifa edəcək.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.
Geyim üzrə rəssam Olqa Abbasovadır.
Tamaşada əsas rolları, Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR