"Real"da ondan başqa hamı Benitesə qarşı imiş...

Daha öncə Rafael Benitesin istefaya göndərildiyi, "Real"ın baş məşqçi postuna isə Zinəddin Zidanın gətirildiyi barədə xəbər vermişdik.

Metbuat.az "Marca"ya istinadən məlumat verir ki, komandadakı futbolçulardan təkcə Pepe Rafael Benitesi dəstəkləyirmiş. Xəbərdə qeyd olunur ki, ispan mütəxəssis və "Real"ın liderləri - Kriştiano Ronaldo ilə Serxio Ramos - arasındakı münasibətlər qaydasında deyilmiş.

Həmçinin Xames Rodriqes, İsko və Xese də Benitesin göndərilməsini yaxşı qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR