Ölümü gözləyənlərin məkanından reportaj - FOTO

Ölümü gözləyənlərin məkanından reportaj - FOTO
14:17 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Hamilə arvadını amansızlıqla öldürmüş 43 yaşlı Skott Peterson buradakı 750 məhbusdan biridir. Onlar adi məhbuslar deyillər. Burada cəza çəkən hər bir şəxs ölüm hökmü ilə cəzalandırılmış cinayətkardır.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatında, San-Kventin şəhərində yerləşən "San Quentin State Prison" dövlət həbsxanası edam gözləyənlərin yeridir.
Buradakı məhbusların hər biri istənilən an xüsusi kameraya çağırılaraq ölümcül zəhərli inyeksiya vurulandan sonra vəfat edə bilər.
Fəqət məhbuslar qorxulu, təlaşlı, narahat görünmürlər. Əksinə, onlar ölümü gözləsələr də, zahirən çox sakit, hətta nikbin təsir bağışlayırlar.
43 yaşlı  Skott Peterson hamiləliyin 8-ci ayında olan arvadı Laçini 2002-ci ilin Milad bayramı ərəfəsində Kaliforniya ştatındakı Modesto şəhərində öldürmüş, sonra cəsədi San-Fransisko körfəzinə atmışdı.
O, 2008-ci ildə tikilmiş həbsxanada cəza çəkənlərdən sadəcə, biridir.
 

Milli.Az

























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR