Azərbaycanda 22,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal olunub

Azərbaycanda 22,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal olunub
14:18 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

"Azərenerji" ASC-nin elektrik stansiyaları 2015-ci ildə 22,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend ASC-yə istinadən məlumat verir.

2014-cü ildə bu rəqəm 22,7 milyard kilovat/saat olub.

ASC-nin elektrik stansiyaları 2015-ci ilin dekabrında 2 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. Bu göstərici 2014-cü ilin analoji dövründə 2,2 milyard kilovat/saat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR