Tofiq Bəhramov haqlı imiş...

Tofiq Bəhramov haqlı imiş...
14:22 5 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-1966-nın finalında keçirilmiş İngiltərə - AFR (Almaniya Federativ Respublikası) matçında həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərar növbəti dəfə müzakirəyə çıxarılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Britaniyanın "Sky Sports" telekanalında bununla bağlı aparılmış araşdırma dünən efirdə təqdim edilib.  

Verilişdə ekspert qismində Ceymi KarragerEd Çemberlin iştirak ediblər.
 
Həmin matçda İngiltərə yığmasının üzvü Ceffri Herstin zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyini müzakirəyə çıxaran ekspertlər saatlarla bu barədə diskussiya aparıblar.
 
Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovu haqlı çıxarıb.
 
Epizodla bağlı danışan "Liverpul"un sabiq müdafiəçisi Karrager həmyerlimizin qərarının doğru olduğunu bildirib: "Bununla bağlı çox müzakirələr aparılıb. Mən həmin oyunla bağlı söhbətləri eşidə-eşidə böyümüşəm. Bizim texnologiya vasitəsilə birdəfəlik sübuta yetirə bildik ki, həmin epizodda top qapı xəttini keçib. Bu isə o deməkdir ki, laynsman Tofiq Bəhramovun qərarı doğrudur. Almanlar həmin qolla bağlı bir daha şikayətlənə bilməzlər". 
 
Qeyd edək ki, 50 il əvvəl keçirilmiş matçda İngiltərə yığması almanlara 4:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR