Yeni manat buraxılır? - FOTO

Yeni manat buraxılır? - FOTO
14:22 5 Yanvar 2016
592 Digər
Ölkə mətbuatı
A- A+

Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir.

Bunu axar.az-a Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib:
 
"Hətta yeni əskinasların "fotolarını" da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur".
 
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əskinasların fotoları da düzəldilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/395417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR