Ramiz Əzizbəyli: "Həkimlər nəzarət edir"

Ramiz Əzizbəyli: "Həkimlər nəzarət edir"
14:24 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ramiz Əzizbəyli səhhətində irəliləyiş olduğunu deyib. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, ötən aylara nisbətən səhhəti xeyli yaxşılaşıb: “Müalicələrim ev şəraitində davam edir. Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. Həkimlər daim nəzarət edirlər. Evimizə gəlib, səhhətimlə maraqlanırlar. Dərmanlarımı qəbul edirəm, hər şey öz qaydasında gedir. İnşallah daha da yaxşı olacam. Mənlə maraqlanan hər kəsə təşəkkür edirəm”.

 

Xatırladaq ki, xalq artistinin xanımı Zümrüd Əzizbəyli ötən ay Lent.az-a açıqlamasında R.Əzizbəylinin səhhəti barədə bu sözləri demişdi: “Ramiz bəy axır vaxtlar daha da zəifləyib. Hərdən danışa bilir, hərdən yox. Hazırda danışa bilmir. Bizim danışdığımızı anlayır, amma evdə başqa adamlar danışanda anlaya bilmir. Özünü ifadə etməkdə çətinlik çəkir. Əsəbidir. Danışa bilməyəndə özü-özünü döyməyə başlayır. Özünü döyür ki, niyə belə olmuşam? Müalicəsi uzunmüddətlidir. Hələ bir müddət müalicə olunmalıdır. Allahın köməyi ilə yaxşı olar”.

 

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR