Türkiyəli müğənni soyuldu

Türkiyəli müğənni soyuldu
14:27 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Çağla Şikelin doğum günü partisində iştirak edən müğənni Alişan çıxışda soyulub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğru pul kisəsini götürərək aradan çıxıb. Alişan evə çatanda pul kisəsinin olmadığını görüb. Qəzetdə elan vermək istəyən müğənninin pul kisəsi tapılıb. Küçədən keçən bir şəxs pul kisəsini taparaq Alişana təslim edib. Pulları oğurlanan, amma sənədləri və kartları qaytarılan Alişan: "Pulu oğurlayana halal olsun. Heç olmasa sənədlərimi və kartlarımı qaytarıb", - deyib.

Qeyd edək ki, pul kisəsində 400 dollar, 50 Azərbaycan manatı və 20 funt-sterlinq, vacib sənəd və kartlar olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR