Güclü qar yağışı Gürcüstanın qərbində evlərin damlarına ziyan vurub

Güclü qar yağışı Gürcüstanın qərbində evlərin damlarına ziyan vurub
14:27 5 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Güclü qar yağışı Gürcüstanın qərbində yerləşən Zuqdidi rayonunda bəzi evlərin damlarına ziyan vurub. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bələdiyyə administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Artıq beş gündür ki, Gürcüstanın bir sıra bölgələri güclü qar yağışından əziyyət çəkir. Ölkənin qərb bölgələrində yağıntının çoxluğu yollarda problemlər yaradıb. Gürcüstanın qərbində əhalinin bir hissəsi işıqsız qalıb. Uçqun təhlükəsinə görə, Rusiya ilə sərhədə gedən yollar bağlanılıb.
Fövqəladə Hallar Nazirliyi Zuqdidi bələdiyyəsinin inzibati qərargahında sutka boyu işləyir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/guclu-qar-yagisi-gurcustanin-qerbinde-evlerin-damlarina-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR