Məşhurlara qızıl satan qadının başı kəsildi - Bakıda

Məşhurlara qızıl satan qadının başı kəsildi - Bakıda
14:44 5 Yanvar 2016
221 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

 

Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb. 

Nəsimi rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.  

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR