Azərbaycan antiböhran proqramına keçir: ixtisarlaq olacaq?

Azərbaycan antiböhran proqramına keçir: ixtisarlaq olacaq?
14:47 5 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin əvvəlindən bəri dünya bazarlarında xam neftin ucuzlaşma tempi ilin sonlarına yaxın daha da sürətləndi və 2016-cı ilə "qara qızıl"ın çox ləngərli durumu ilə daxil olduq.

Doğrudur, neftin qiymətlərində hələlik bahalaşma müşahidə olunur. Amma bu proses İranla Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma ilə bağlı olduğundan nisbidir, müvəqqətidir.

Müvəqqəti proseslərə güvənərək büdcə gəlirlərinin formalaşmasına çalışmaq, yaxud da neft və təbii qazın tariflərini əsas məqam hesab edərək perspektiv planların hazırlanmasına başlamaq sadəlövhlük olardı. İndiyədək çox dövlətlər belə ifrat nikbin davranışın acısını çəkiblər.


Azərbaycan ilyarımdır ki, "neft erası"nın verdiyi pulların sərfiyyatı ilə bağlı siyasətini dəyişib.
İran, Venesuela və ya Rusiyadan fərqli olaraq rəsmi Bakı iqtisadiyyatın qeyri-neft sektorunun ekstensiv yox, intensiv inkişaf strategiyasını həyata keçirir.
"Neft bahalaşdı, dollar bahalaşdı, manat ucuzlaşdı, indi nə edəcəyik?!" tipli bədbin açıqlamalarla çıxış edənlər, Azərbaycanı böyük dövlətlərin ayaqaltısı etməyə hər an hazır olanların dediklərinə rəğmən, Azərbaycan iqtisadiyyatının durumu əsla təşviş doğuracaq səviyyədə deyil.
Və bu, allüziyalara əsaslanan məntiqsiz nikbinlik deyil.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının 13 ay əvvəl başlaması böyük, uzunmüddətli proqramın ilkin mərhələsidir.

Proqram ölkənin enerjidaşıyıcıları ixracatından əldə edilən gəlirlərdən asılılığını azaltmağı kondominimum sayır. Perspektivdə isə neft və təbii qaz satışlarından gələn pulların minimuma endirilməsi planlaşdırılıb.

"Neft və qaz" gəlirlərinin azalması büdcənin gəlirlər seqmentinə daxil olan vəsaitinin həcminin ümumi səviyyəsinin aşağı düşməsinə təkan verməməlidir və bunun üçün ilk növbədə daxili istehsal artırılmalı, kiçik və orta sahibkarlığın normal fəaliyyəti tam təmin olunmalı, iş adamlarının üzləşdikləri bürokratik preponlar və korrupsiya halları ən sərt şəkildə cəzalandırılmalıdır.
Dövlətin siyasəti də budur və həmin siyasətin reallaşdırılması üçün addımların atılması üçün taktika hazırdır.
Ekstensiv və intensiv inkişaf strategiyaları arasında seçim edən Azərbaycan seçimini edib.
ABŞ dollarının mövqelərinin möhkəmlənməsi, dünya bazarlarında enerjidaşıyıcılarının qiymətlərinin artımını şərtləndirən amillərin azlığı postsovet ölkələrini situasiyaya uyğunlaşmağa vadar edib.

Özbəkistan, Qazaxıstan və Ukrayna milli valyutanın devalvasiyasını, daha sonra isə bivalyuta zənbilinə istinadən kursun yenidən hesablanması ilə eyni zamanda mərkəzi bankın valyuta intervensiyalarının dayandırılması yolunu seçiblər.

Belarus, Moldova və Gürcüstan milli valyutanın kursunu nisbətən stabil saxlamaq üçün sığortalayıcı tədbirlər planını həyata keçirməkdədirlər. Bu planın əsasını milli valyutanı tam ucuzlaşmaqdan qorumaq üçün ölkənin valyuta ehtiyatlarından faydalanma təşkil edir.

Türkmənistan, Qırğızıstan və Rusiya birmənalı olaraq milli valyutanın kursunun "sərbəst" buraxılmasına qarşı çıxaraq "valyuta dəhlizi"nə nəzarəti gücləndiriblər.

Ermənistan isə həmişəki kimi, "alternativ" yol tutduğunu bəyan edib. Həmin yol əslində ermənilərin yolsuzluğunu göstərir, çünki ölkə maliyyə və iqtisadi baxımdan Rusiyadan tam asılı olduğu üçün Moskvadan alınan təlimatlar əsasında hərəkət edir.

Vassalın hər hansı formada müstəqillik edərək metropoliyaya qarşı çıxması faktiki, həm də praktiki baxımdan mümkünsüz olduğundan rəsmi Yerevanın hər hansı formada anti-inflyasion tədbirləri gerçəkləşdirmək iqtidarında olması həddən ziyadə şübhəlidir.

Belə bir şəraitdə iqtisadi islahatların ekstensiv inkişaf yolunun tutulması istehsalat və emal müəssisələrinin sayının artırılması, yeni iş yerlərinin açılması ilə kifayətlənəcək populist, hətta demaqogik qərarlar toplusu olardı.

İqtisadiyyatın sənaye istehsalını artıra bilmədiyi bir şəraitdə yeni iş yerlərinin açılması düşünülməmiş, kampaniya şəraitində aparılarsa, işsizlik statistikası aşağı düşəcək. Lakin bu "uğur" Pirr qələbəsinə çevriləcək: rəsmi stiatistikada işsizlərin sayı az olacaq - axı yeni iş yerləri açılıb, müəssisələr fəaliyyət göstərir, şirkətlər və s. var, gerçəkdə isə yeni müəssisələr zəruri xammal və ən başlıcası, satış bazarları ilə təmin olunmadığından orada çalışanlar az sonra öz hesabı ilə uzunmüddətli məzuniyyətə göndərilirlər.

Ən yaxşı halda belə başabəla "yeniliklər" nəticəsində yaradılmış müəssisələrdə natural ödəniş formatı seçilir, işçilərin maaşları istehsal olunan məhsulla verilir.

Belarus, Ukrayna, Ermənistan, Qazaxıstan, hətta Gürcüstanda bazarlarda çalışdığı müəssisənin mallarını satanlar az deyil. Onlar maaşları məhsulla alanlardır.

Ekstensiv inkişaf taktikasının ən böyük fəsadı da yalnız bravur, gurultulu statistik hesabatlar və rəqəmlər, reallıqda isə az qala orta əsrlərdəki natural təsərrüfat prinsiplərinin reinkarnasiyasıdır.
Bakı bu yolu, təbii ki, seçə bilməzdi. Azərbaycanın seçimi iqtisadiyyatın intensivləşdirilməsi, ən müxtəlif formalı yüklərdən və ballastlardan qurtularaq irəliləyiş, habelə yeni bazarlara çıxışlar və yerli istehsalın həcmi ilə yanaşı, məhsulların keyfiyyətinin artırılaraq rəqabət qabiliyyətinin gücləndirilməsidir.

Belə vəziyyətdə əsas məsələ yeni iş yerlərinin yaradılması yox, mövcud müəssisə və şirkətlərinin fəaliyyətinin ən son dünya standartlarına cavab verəcək vəziyyətə gətirilməsi, dövlət qurumlarının fəaliyyətinin şəffaflığının təminatı, transparentlik şəraitində rüşvətxorluq və korrupsiya ilə mübarizədir.
Əslində, "ASAN Xidmət"in yaradılması, sonra da bir sıra dövlət qurumlarının səlahiyyətlərinin bu struktura inikas olunması vətəndaşların üzləşdikləri bürokratik əngəllərin, get-gəllərin və rüşvət tələblərinin aradan qaldırılmasına səbəb olduğundan orta statistik vətəndaş həmin təşkilatı məhz bu məqsədlə yaradıldığını düşünürdü.
Belə deyil.

"ASAN Xidmət" əslində Azərbaycan iqtisadiyyatının yeni formatının ilkin sınaq poliqonu da sayıla bilər. Sınaq uğurlu oldu və "ASAN Xidmət" çox qısa zamanda populyarlaşdı, eyni zamanda illər uzunu insanların nəzərində məşəqqətli prosedur sayılan sənədləşdirmə prosesini rekord müddətlərədək qısaltdı.

"ASAN"ın müsbət təcrübəsi indi ölkə iqtisadiyyatının bütün seqmentlərinə tətbiq olunmaqdadır və bu taktika sürətli yox, mərhələli inkişaf, bütün nüanslarla detalların nəzərə alınması, qeyri-neft sektorunun inkişafıdır.

Hələlik ilkin mərhələ olsa da, neft və təbii qaz satışlarından əldə olunan maliyyə vəsaiti büdcə gəlirlərinin 70 faizindən 40 faizinə düşüb. Yəni qeyri-neft sektoru, xüsusilə də yerli istehsalat son iki il ərzində təqribən 30 faizlik artım nümayiş etdirib.

İnkişaf sadəcə, sənaye müəssisələri, şirkətlər və strukturların fəliyyətinin sürətlənməsi yox, həm də antiböhran tədbirlər planı çərçivəsində dövlət qurumlarında izafi yük sayıla biləcək, funksionallıq və səlahiyyətlər, fəaliyyət sahələri baxımından bir-birlərini təkrarlamasalar da, uyğunluq dərəcələri çox strukturlarda ixtisarlar aparılmasıdır.

Azərbaycanın bu qədər məmura, bir sıra dövlət strukturlarında şişmiş aparata ehtiyacı yoxdur və bunu artıq anlamaq gərəkdir.

Məmur ixrtisarları qaçılmaz zərurətdir, amma işlərini itirəcək şəxslər arasında təcrübəlilər seçiləcək, yeni  strukturlarda və ya təmərküzləşən, sinerji formasını alan qurumlarda işlə təmin olunacaqlar.
Dəyişən şəraiti nəzərə almayan, hələ də yalnız stajına, "təcrübəsinə" və "bilik"lərinə güvənən şəxslərsə innovativ iqtisadiyyat üçün heç bir halda islahatçı qüvvə sayıla bilməz.
Sərt olsa da, belədir.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53