20-dən çox qumarxanası olan Mehman kimdir?

20-dən çox qumarxanası olan Mehman kimdir?
14:52 5 Yanvar 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

"Artıq onun icazəsi olmadan kimsə qumarxana aça bilməz".

Milli.Az Movqe.az-a istinadən bildirir ki, bu sözləri Bakının Bakıxanov qəsəbəsində fəaliyyət göstərən rus lotosunu işlədən şəxs deyir. Söhbət uzun müddətdir ölkəmizdə qanunsuz qumar oyunları, loto, kazino təşkil edən "Yeraz Mehman" kimi tanınan şəxsdən gedir. Deyilənlərə görə, bu şəxsin təkcə paytaxt ərazisində 20-yə yaxın belə obyekti var. Eyni zamanda Sumqayıt və Gəncə şəhərlərindəki qumarxanalara da Mehman "daydaylıq" edir. Elə araşdırmalar da deyilənlərin doğru olduğunu göstərir. Belə ki, əvvəllər qumar bazarında "Qobulu Naib" və "Qara Vəzir" kimi tanınan şəxslər də olub. 2013-cü ildə əməlinə görə həbs edilən Naib azadlığa çıxdıqdan sonra bu sahədən qismən uzaqlaşıb. O, Mehmanla müştərək işləyirmiş. Vəzir isə oğlu Tofiqlə bu yola çıxıb. Ancaq ikincilərin obyekti say baxımından birincilərdən çox azdır.

Məhz qumarxanalarla bağlı paytaxtın Xətai, Nizami və Bakıxanov rayonlarında olduq. Mənzərə təsəvvür ediləndən də dəhşət idi. Mehmana məxsus virtual kazino və totalizatorlar günün bütün saatlarında işləsə də, rus lotoları yalnız gecə həyatının hissəsi imiş. Axşam tərəfi saat 5 ərəfəsində açılan lotolar gecə 3-ə qədər davam edir. Uduşa qoyulan məbləğləri gördükdə isə obyektdən yan keçmək mümkün deyil. Elə insanları da ora aparan vəd edilmiş həmin pullardır. Qazanan isə əksər hallarda qumarxana yiyəsi oldu. Məsələn, Xətai rayonu metronun "Həzi Aslanov" stransiyasının yaxınlığında Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsində yerləşən "Samovar" çay evindəki loto oyununda bir saata yaxın oturduq. Bizim hesablamamıza görə, bir saat ərzində loto yiyəsinin qazancı 2 min manata yaxın oldu. İmkan tapıb bəzi iştirakçılarla da söhbət etdik. Böyük əksəriyyəti bunun artıq asılılıq yaratdığını dedilər. Qazanclarından çox itirdiklərinin olduğunu söyləyirlər. Bu asılılıqdan çıxış yolu kimi isə ancaq həmin obyektlərin bağlanmasını istəyirlər.

Sözügedən məkandan uzaqlaşıb Nizami rayonuna üz tutduq. Rayonun Naxçıvanski 49 ünvanı da Mehmana məxsus loto imiş. Mehman burada tək rus lotosu ilə kifayətlənməyib, virtual kazino oyunları və totalizator da işlədir. Obyekt "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşdiyindən Mehmanın burada müştərisi daha çox idi. Rəhbər kimi isə öz əmisi oğlu Əli adlı şəxsi təyin etmişdi. Əli jurnalist olduğumuzu biləndə bizi mehmansayağı qarşılamağa çalışdı. Söhbət zamanı Mehmanın əliaçıq adam olduğunu bildirərək bizə də pul təklif etdi. Pulun qəbul edilmədiyini görəndə isə problemin birbaşa Mehmanla həll edilməsini istədi. Mehmanın adətən lotolarının əsas "filialı" olan Bakıxanov "filialı"nda oturduğunu bildirdi. Əlinin verdiyi koordinant isə Bakıxanov rayonu Gənclik və Bünyadzadə küçələrinin kəsişməsi idi. Qumarbazlar bu dəfə "Razin tolkuçkası" adlanan yerin sol tərəfi, "Elnur" şadlıq evi ilə üzbə-üz məkanı seçiblərmiş. Sözügedən obyekt digərlərindən böyüklüyünə görə fərqlənirdi. Təxminən 300 nəfərlik bir məkan idi. Obyektin Mehmanın olmadığını desələr də, sonradan təsdiqlədilər. Daha sonra isə onların nəsə demələri barədə səlahiyyətlərinin olmadığını dedilər. Buna görə də Mehmanın öz nömrəsini verdilər. Verilən nömrəyə əvvəl-əvvəl zəng çatsa da, sonradan söndürüldü.

Sonda qeyd edək ki, problem tək bunlar deyil. Diqqətimizi çəkən digər məqamlar da oldu. Moderatorlar oyunu mikrofonla aparırlar. Olduğumuz oyunların hamısı yaşayış binalarının alt mərtəbəsində təşkil edildiyindən mikrofonun səsi yatmış insanları narahat etməyə bilməz. Hətta bina sakinləri bununla bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət məktubu yazdıqlarını da deyirlər. Bundan başqa, qumar oyunları təşkil edilən məkanların hər birində hədsiz dərəcədə antisanitariya hökm sürürdü. Ən pisi isə odur ki, oyunların əsas aparıcıları olan qızların böyük əksəriyyəti gecə klublarından gətirilib. Bunu bizə orada işləyən qızlardan biri bildirdi. Onun sözlərinə görə, onlara bir günə 50 manat pul verilir.

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin analitik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov movqe.az-a bildirdi ki, məlumatlar nazirliyin Operativ Nəzarət İdarəsinə verilib: "Bu günlərdə tədbir görüləcək".

Xatırladaq ki, qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir. Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28