Koreya Respublikasında həmkarlar təşkilatının sədri hökumət əleyhinə qiyamda ittiham olunur

Koreya Respublikasında həmkarlar təşkilatının sədri hökumət əleyhinə qiyamda ittiham olunur
14:58 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Seul, 5 yanvar, AZƏRTAC 
Koreya Respublikasının ikinci ən böyük həmkarlar təşkilatının sədri Han Sanq-qyun hökumət əleyhinə qiyamda ittiham olunur.
Koreya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Han Sanq-qyun ötən ilin noyabrında paytaxtda hökumət əleyhinə zorakılıqla müşayiət olunan, bir neçə polis əməkdaşının və aksiya iştirakçısının xəsarət alnmasına səbəb olan etiraz aksiyasının əsas təşkilatçısı kimi təqsirli hesab edilərək istintaqa cəlb olunub. Ötən ilin dekabrında həsb edilən Han ilkin olaraq 5 məsələdə, o cümlədən dövlət əmlakına ziyan vurmaqda və ictimai vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinirdi.
Seul prokurorluğunun yanvarın 5-də yaydığı məlumatda deyilir ki, Han Sanq-qyun daha bir maddə ilə təqsirli bilinib. Belə ki, o, hökumət əleyehinə qiyamda ittiham olunur.
Yonhap agentliyinin məlumatına görə, əgər Hanın hökumət əleyhinə qiyamın təşkilatçısı kimi təqsiri sübuta yetirilərsə, bu, Koreya Respublikası tarixində 1986-cı ildən sonra ilk belə iş olacaq.
Xatırladaq ki, ötən il noyabrın 14-də keçirlimiş etiraz aksiyası zamanı baş vermiş qarşıdurmada 90-a yaxın polis əməkdaşı xəsarət almış, 52 polis avtobusuna zərər dəymişdi. Ölkənin 53 həmkarlar və qeyri-hökumət təşkilatından 100 mindən çox adamın qatıldığı aksiya 2008-ci ildən sonra içtirakçıların sayına görə ən böyük aksiya olub. Han hadisədən sonra Seuldakı buddist məbədinə sığınmış, lakin bir neçə həftə sonra polisə təslim olmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koreya_Respublikasinda_hemkarlar_teskilatinin_sedri_hokumet_eleyhine_qiyamda_ittiham_olunur-916174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR