Bakıda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.
Həmin mənzildə yaşayan 55 yaşlı Məryəm Nemətzadə bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb.
Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinyət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. Onun müştəriləri arasında hətta tanınmış şou biznes nümayəndələrinin də olduğu bildirilir.
İlkin versiyaya görə, evə 3 naməlum şəxs qarət məqsədi ilə daxil olub. Ona çoxsayda bıçaq zərbələri vurulub.
Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları aparıldığı da deyilir.
M.Nemətzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
Faktla bağlı 120.1-ci ( Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.