Azyaşlı uşaqlar podiuma çıxdı

Azyaşlı uşaqlar podiuma çıxdı
15:19 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə azyaşlı uşaqlar ( 5-12 yaş)  arasında moda müsabiqəsi keçirilib. Lent.az-ın məlumatına görə, müsabiqə zamanı azyaşlı uşaqlar gənc dizaynerlər Zamiq Cəfərov, Arzu Sadıqzadə, Mehriban Əhmədova, Esmira Manafova, Aytən Qarayeva, Vüsalə Axundova, Ella Bağırova, Gülüm Əsədullayeva və Səidə Bayramzadənin hazırladığı geyimlərdə səhnəyə çıxıblar. Gecədə podiuma çıxan uşaqlar müxtəlif ölkənin atributlarına uyğun geyimlər geyiniblər. Onların geyiminə isə münsiflər heyəti qiymət verib. Sonda birinci yeri dizayner Gülüm Əsədullayevanın hazırladığı Özbəkistan və Fransa geyimləri tutub. İkinci yeri Vüsalə Axundova, üçüncü yeri isə Mehriban Əhmədova qazanıb.

 

Xatırladaq ki, müsabiqənin münsiflər kürsüsündə stilist Anar Ağakişiyeva, model Könül Əzizova, Model agentliyinin rəhbəri (FMS) Lyubov Qutorova, dizaynerlər Zümrüd Mirzəliyeva, Səbinə Hüseynova olub.

 

 

Qeyd edək ki, aparıcılığını Cəmilə Əmirova və Təbriz Məmmədrzayevin etdiyi tədbirdə müğənnilər Suada Ələkbərova, Rinat Əliyev, Səbinə Nəsibli və  “Qrifon” , “Abşeron ritmləri”, “Aysel studiya” qrupları iştirak ediblər.



















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR