Sumqayıtın Corat qəsəbəsində mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.
Milli.Az bildirir ki, bu barədə axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəsəbə sakini Hüseyn Quliyevə məxsus mağazanı yarmaq istəyən həmyerlisi R.Səfərov tutulub. Ondan 53,254 qram, yaşadığı evə baxış zamanı isə 396,004 qram tiryək aşkar edilərək götürülüb.
Milli.Az