Qeydiyyatda 478 radiotezlik istifadəçisi var

Qeydiyyatda 478 radiotezlik istifadəçisi var
15:28 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

1 yanvar 2016-cı il tarixinə Dövlət Radiotezliklər İdarəsində (DRİ) 478 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

Trend İdarənin saytına istinadən məlumat verir ki, onlardan 70 istifadəçi dövlət, 338-i kommersiya, 31-i xarici təşkilat, 39 istifadəçi isə fiziki şəxslərdir.

2015-ci il ərzində 9047 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 49688 ədəd təşkil edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2476917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR