Azərbaycanda qeyri-həyat icbari sığorta bazarı 17% artıb

Azərbaycanda qeyri-həyat icbari sığorta bazarı 17% artıb
15:32 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 4 580 sığorta müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının ümumi həcmi 330 240 manat təşkil edib.
"Report"un İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, 2014-cü il ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9% artım, sığorta haqlarının məbləğində isə 1,3% azalma müşahidə edilib.
Bağlanmış sığorta müqavilələrinin 3 555-i hüquqi şəxslərə, 1 025-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus daşınmaz əmlakla bağlı olub.
Qeyd edək ki, İSB-nin iştirakçısı olan sığorta şirkətləri tərəfindən 2015-ci il ərzində qeyri-həyat icbari sığorta növləri üzrə ümumilikdə 1,1 mln.-a yaxın sığorta müqaviləsi bağlanıb. Sığorta müqavilələri üzrə toplanmış sığorta haqları isə cəmi 101 643 527 manat olub. Əvvəlki il ilə müqayisədə bağlanmış icbari sığorta müqavilələrinin sayında 0,9% azalma müşahidə edilsə də, sığorta haqlarının məbləğində 16,7% artım müşahidə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-qeyri-heyat-icbari-sigorta-bazari-17-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR