İŞİD 35 türkmənin başın kəsdi

İŞİD 35 türkmənin başın kəsdi
15:57 5 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Ən əzazil terror təşkilatı olan İraq-Şam İslam Dövləti (İŞİD) Suriyada Azezə bağlı Düden kəndində 35 türkmənin başını kəsib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, digərlərinə ibrət olsun deyə kəsilən başları kənd meydanına atıblar. İŞİD-in nəzarətindəki Düden kəndi güclü qarşıdurmaların ardından təxminən 10 gün əvvəl Türkmən Sultan Murat Diviziyası ələ keçirib.

Məlumatda qeyd edilir ki, kəndi itirən İŞİD yaraqlıları paltarlarını dəyişib, saqqallarını kəsib və xalqın arasına qarışaraq gizləniblər. Sonradan pusquya saldıqları 35 türkmənin başını kəsərək kənd meydanına atıblar.

Yerli qaynaqların da təsdiqlədiyi hadisədən sonra türkmən gücləri qaçan İŞİD yaraqlılarının tutulması üçün bölgə əməliyyatlarını davam etdirir.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR