“Real” Zinəddin Zidanla 2018-ci ilədək müqavilə bağlayıb

“Real” Zinəddin Zidanla 2018-ci ilədək müqavilə bağlayıb
15:58 5 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Madridin “Real” futbol klubunun fransız Zinəddin Zidanla müqaviləsi 2,5 il müddətinə nəzərdə tutulub. Xatırladaq ki, Zidan “Kral klubunun” məşqçilik postunda 2015-ci ilin iyun ayında fəaliyyətə başlayan ispan Rafael Benitesi əvəz edib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Benitesin başçılıq etdiyi “Real” İspaniya çempionatında yüksək nəticə əldə edə bilməyib və 18 oyundan sonra yalnız 3-cü yeri tutub. Bir qədər əvvəl isə klub diskvalifikasiya olunaraq ölkə kuboku yarışlarından çıxarılıb.
Fransa milli komandasının heyətində dünya və Avropa çempionluğunu qazanan Zidanın məşqçilik karyerası 2013-cü ildə məhz “Real” klubunda başlayıb. O, komandanın məşqçilər qərargahına daxil olub və gənc futbolçularla işləyib. Lakin müstəqil olaraq indiyə qədər belə məsuliyyətli post tutmayıb. Bu səbəbdən “Kral klubunun” Əlcəzair əsilli fransızla 2018-ci ilədək müqavilə bağlaması təəccüb doğurur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Real_Zineddin_Zidanla_2018_ci_iledek_muqavile_baglayib-916189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR