Ömərlər Məhəmmədləri üstələyib

Ömərlər Məhəmmədləri üstələyib
16:05 5 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Son beş ildə Azərbaycanda uşaqlara verilən adlar siyahısında Ömər adı Məhəmməd adını üstələyib.

Report Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, son beş ildə doğulan oğlan uşaqlarından 7 300-nə Ömər, 7 235-nə isə Məhəmməd adı qoyulub.

Əgər 2011-ci ildə doğulan 1 424 körpəyə Ömər adı verilmişdisə, 2015-ci ildə bu rəqəm 1 672 olub.
2011-ci ildə 1 920, ötən il isə 1 492 körpəyə Məhəmməd adı verilib.

Son beş ildə doğulan uşaqlardan 16 756-sı Yusif, 16 126-sı Zəhra, 12 238-i Nuray, 11 660 nəfəri Fatimə, 11 526-sı Hüseyn, 11 362-si Əli, 7 769-u Aylin, 7 653-ü Ayan, 7 506-sı Zeynəb, 7 300 nəfəri isə Ömər adlandırılıb.

Qeyd edək ki, Məhəmməd adı ən çox qoyulan adlar arasında 11-ci sırada olub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR