Cümə namazı zamanı iş olmayacaq - Türkiyədə

Cümə namazı zamanı iş olmayacaq - Türkiyədə
16:12 5 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə həftənin cümə günləri namaz vaxtı iş olmayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu baş nazir Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.
 
"Cümə günləri iş saatının ibadəti azadlığımıza təsir etməyəcək şəkildə yenidən tərtib olunması üçün qərar layihəsi hazırladıq. Amma iş vaxtında hər hansı azalma olmayacaq. Allah xeyirli və mübarək eləsin, Cümə namazlarında edilən duaları da qəbul etsin", - deyə Ə.Davudoğlu söyləyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR