"Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsi baş tutmadı

"Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsi baş tutmadı
16:13 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Yeni Söz” ədəbi yaradıcılıq müsabiqəsi baş tutmayıb.

Müsabiqə komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin gənc yazarlara diqqət və qayğının artırılması, Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin dünya oxucusuna çatdırılması məqsədilə təsis etdiyi “Yeni Söz” ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmamış elan olunur.

Buna səbəb kimi təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi göstərilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR