"Sumqayıt" başladı

"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığa başlayıb.

Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün təlim-məşq toplanışının birinci mərhələsinə start verib. "Sumqayıt" "Kapital Bank Arena"da ilk məşqinə çıxıb.

Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. "Sumqayıt" yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" AZAL-la səfərdə qarşılaşacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR