SOCAR ötən il Ceyhan limanından 18 mln. tona yaxın xam neft ixrac edib

16:27 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2014--cü ilin dekabr ayından 15% azdır.
Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Ceyhan limanından 17 931 459 ton xam neft ixrac edilib ki, bu da 2014-cü ilin göstəricisindən 12% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR