Azərbaycanlı aktyor qəzaya düşdü

Azərbaycanlı aktyor qəzaya düşdü
16:42 5 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Aktyor Ruslan Sabirlinin başına iş gəlib. 

Milli.Az-ın lent.az-a istinadən xəbərinə görə, aktyor bildirib ki, avtomobil qəzası keçirib. Onun sözlərinə görə, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi "Hyundai" markalı avtomobil elektrik dirəyinə çırpılıb: 

"Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı".
 
Qeyd edək ki, R.Sabirli "Həyat varsa", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında rol alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR