Vəkillər ​məhkəmədən Rasim Əliyevi müalicə edən həkimlərin yenidən istintaqa cəlb edilməsini istəyib

Vəkillər ​məhkəmədən Rasim Əliyevi müalicə edən həkimlərin yenidən istintaqa cəlb edilməsini istəyib
16:42 5 Yanvar 2016
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə başlayıb.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Rasim Əliyevin hüquqi varisinin hüquqlarının müdafiəçiləri - Əsabəli Mustafayev və Fariz Namazlı məhkəmə qarşısında iki vəsatət qaldırıb. Onlar ilk vəsatətdə işin istintaqa qaytarılmasını, R.Əliyevi müayinə və müalicə edən həkimlərin istintaqa cəlb edilməsini istəyib. Bundan başqa, vəkillər "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun təqsirləndirilməsinə dair cinayət işinin ayrı icraata götürülməsinə də etiraz ediblər. Vəkillər ikinci vəsatətlə bütün şahidlərin məhkəmədə ifadə vermələrini istəyib.
Məhkəmə vəsatətlərdən birincisini təmin etməyib, ikinci vəsatət isə baxılmamış saxlanılıb.
Proses yanvarın 12-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zaqatalada dağlıq ərazidə meşə yanır

24 Sentyabr 2017 19:53

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 19:47

Veteran idmançı evində ölü halda tapıldı

24 Sentyabr 2017 19:46

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatdı

24 Sentyabr 2017 19:38

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

24 Sentyabr 2017 19:37

Bu ölkənin paytaxtı dəyişdirilir

24 Sentyabr 2017 19:33

Tanınmış model o görüntüsünü paylaşdı

24 Sentyabr 2017 19:25

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24 Sentyabr 2017 19:24

İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:23

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatıb Böyüt

24 Sentyabr 2017 19:17

Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

24 Sentyabr 2017 19:14

Meşədə kişi meyiti tapıldı

24 Sentyabr 2017 19:03

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə ordu yeritdi

24 Sentyabr 2017 18:54

İndoneziyada 34 min nəfər təxliyyə olundu

24 Sentyabr 2017 18:54

İmişlidə qəza: Yaralanan var

24 Sentyabr 2017 18:53

Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

24 Sentyabr 2017 18:49

Prezident: "Gəlirlərimiz azalsa da, sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur"

24 Sentyabr 2017 18:47

Misir paytaxtını dəyişir - 45 milyard dollara yeni şəhər tikilir

24 Sentyabr 2017 18:44

Sergey Şoyqu İrailə gedir

24 Sentyabr 2017 18:43

Səsi nazik olan kişilərə bəd xəbər

24 Sentyabr 2017 18:41

Bakı-Qazax yolunda ağır qəza: qadın öldü

24 Sentyabr 2017 18:39

Salyanda 7 min hektar sahədə pambıq əkilib

24 Sentyabr 2017 18:37

Meşəyə bitki yığmağa getdi, meyiti tapıldı

24 Sentyabr 2017 18:34

Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb

24 Sentyabr 2017 18:32

100 arvadı olan Kral

24 Sentyabr 2017 18:28

Super Liqanın 6-cı turunda 5-ci baş məşqçi istefası

24 Sentyabr 2017 18:27

Canlı yayımda inanılmaz hadisə

24 Sentyabr 2017 18:27

Azərbaycanlı atlet Avropa çempionu olub

24 Sentyabr 2017 18:19

Prezident: "Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 18:18

Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

24 Sentyabr 2017 18:12

Səudiyyə Ərəbistanı tarikində ilk

24 Sentyabr 2017 18:08

Yeni məktəb binası istifadəyə verildi

24 Sentyabr 2017 18:04

Krımda 2000 illik tarixi olan qala tapıldı

24 Sentyabr 2017 18:03

Azərbaycanda yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır

24 Sentyabr 2017 18:02

Premyer Liqa oyunundan öncə bomba həyəcanı

24 Sentyabr 2017 17:59

"Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 17:57

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:54

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

24 Sentyabr 2017 17:52

İran Ərbillə hava nəqliyyatını dayandırdı

24 Sentyabr 2017 17:48

Malidə güclü partlayış

24 Sentyabr 2017 17:46

İraqda 42 nəfər edam edildi

24 Sentyabr 2017 17:44

Prezident İlham Əliyev: “Gələn ilin büdcəsi daha böyük olmalıdır”

24 Sentyabr 2017 17:39

"Beşiktaş"ın baş məşqçisi cəzalandırılacaq

24 Sentyabr 2017 17:38

Bill Qeyts yaxın 10 ildə insanlığı gözləyən təhlükələri AÇIQLADI

24 Sentyabr 2017 17:34

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli haqda

24 Sentyabr 2017 17:31

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

24 Sentyabr 2017 17:29

Mey istefa verəcək - Şok iddia

24 Sentyabr 2017 17:23

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:22

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

24 Sentyabr 2017 17:19

Türk ordusundan əməliyyat: PKK sığınacaqları məhv edildi

24 Sentyabr 2017 17:13