Azərbaycanda minik və yük avtomobilləri toqquşub: 4 yaralı

Azərbaycanda minik və yük avtomobilləri toqquşub: 4 yaralı
16:17 30 Dekabr 2014
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Xaldan-Mingəçevir magistralında, Yevlax rayonu ərazisində  ”Hyundai” markalı minik avtomobili ilə “Qazel” markalı yük maşını toqquşub.

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində  avtomobillərə də ciddi ziyan dəyib. Hazırda faktla bağlı Yevlax Rayon Dövlət Yol Polisi Bölməsində dəqiqləşdirilmələr aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR