Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti tezliklə bərpa olunacaq

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti tezliklə bərpa olunacaq
16:48 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması səbəbindən bağlanan 57 kilometr uzunluğundakı Quba-Xınalıq yolunda avtomobillərin hərəkətinin yanvarın 6-dan etibarən bərpa olunacağı gözlənilir.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 37-ci kilometrliyində işləyir. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqununun olması işləri çətinləşdirir. Yolun tezliklə qardan təmizlənməsi üçün gecə saatlarında da işlər davam etdiriləcək.
Hazırda Xınalıqla yanaşı, həmin istiqamətdə yerləşən Bostankeş və Qalaxudat kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_Xinaliq_yolunda_avtomobillerin_hereketi_tezlikle_berpa_olunacaq-916207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR