Nizami rayonunda yataqxanada baş verən yanğınla əlaqədar 20 nəfər təxliyə olunub

Nizami rayonunda yataqxanada baş verən yanğınla əlaqədar 20 nəfər təxliyə olunub
16:48 5 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də gündüz saatlarında paytaxtın Nizami rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan mənzil və üçüncü mərtəbədəki mənzilin eyvanında quraşdırılmış kondisioner yanıb.
Yanğınsöndürən tərəfindən 20 sakin təxliyə edilib, digər mənzillər yanğından mühafizə olunub. Alov saat 15:55-də söndürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_rayonunda_yataqxanada_bas_veren_yanginla_elaqedar_20_nefer_texliye_olunub-916206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR