“Crystal Hall”dan maraqlı müsabiqə

“Crystal Hall”dan maraqlı müsabiqə
17:11 5 Yanvar 2016
39 Şou
Ölkə mətbuatı
A- A+

“Crystal Hall” yeni müsabiqə elan edib.

Axşam.az-ın məlumatına görə, “selfi-fotoşəkillər”adlı müsabiqə dekabrın 29-dan başlayıb, yanvarın 27-nə kimi davam edəcək. Müsabiqə iki mərhələdə keçiriləcək. Yanvarın 27-də bitən birinci mərhələdə ən çox “bəyəndim” yığan 10 iştirakçı finala qalacaq. İkinci mərhələdə yanvarın 29-da “Crystal Hall”da keçiriləcək püşkatma yolu ilə 3 iştirakçı müəyyən olunacaq. 4-cü qalib “Crystal Hall” tərəfindən seçiləcək. Bütün qaliblərə mükafatlar veriləcək. Birinci yerin sahibi “İphone 6S”, ikinci, üçüncü və dördüncü olanlar isə “iPad Mini” qazanacaq.

Bundan əlavə 10 qalibin şəkilləri www.crystalhall.az rəsmi saytımızda yerləşdiriləcək.

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək üçün www.crystalhall.az saytına abunə olmaq və müvafiq “e-mail” almaqla öz iştirakını təstiq etmək mütləqdir.

Şəkil Crystal Hall-un rəsmi Facebook səhifəsinə mesajla göndərilir və admin tərəfindən "FOTO MÜSABİQƏ" albomuna yerləşdirilir.

Şəkildə "Crystal Hall"un binası əks olunmalıdır.

Hər iştirakçı yalnız bir şəkil yerləşdirə bilər.

Şəkildəki insanların sayından asılı olmayaraq mükafatı onlardan yalnız biri-qeydiyyatdan keçən ala biləcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR