Bakıda məcburi köçkünlər yaşayan bina yandı

Bakıda məcburi köçkünlər yaşayan bina yandı
17:11 5 Yanvar 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yataqxana binasında qeydə alınıb.

Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanmağa başlayıb. Yanğının qarşısının alınması üçün nazirliyin 4 yanğınsöndürən maşını, xeyli canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı mənzillərə keçməsinin mənzildə olan 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonlarının yanmasının qarşısı alınıb.

Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Ehtimal edilir ki, mənzillərdən birindəki elektrik naqillərində qısa qapanma yaranıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Yanğın baş verən bina

Son sutka ərzində paytaxtda daha 3 yanğın olub. Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus 3 otaqlı ev, Nərimanov rayonunda taxta konstruksiyadan ibarət talvar, Qaradağ rayonunda isə taxta konstruksiyadan ibarət tikili yanıb.
Bitişik yataqxana binası yanğından mühafizə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR