17 sərnişin avtobusda diri-diri yandı (VİDEO)

17 sərnişin avtobusda diri-diri yandı (VİDEO)
17:11 5 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Çində naməlum şəxs sərnişinlə dolu avtobusu yandırıb.

ANS PRESS-in məlumatına görə, Çinin Yinçuan şəhərində dəmiryolu stansiyasının yaxınlığında avtobusun yandırılması 17 nəfərin həyatını itirməsi və 32 insanın ağır yaralanması ilə nəticələnib.

Polis həmin şəxsin axtarışlarına başlayıb.


Bu Çində baş verən ilk belə hadisə deyil. Belə ki, 2014-cü ilin iyul ayında da anoloji hadisə baş verib. Çinin Quançjou şəhərindən günün pik saatında avtobusun yandırılması nəticəsində 32 nəfər ağır yanıq xəsarətləri alıb.

2013-cü ildə baş verən hadisəni isə ən dəhşətlisi adlandırmaq olar. Çinin Xiamen şəhərində avtobusun yandırılması zamanı 47 nəfər diri-diri yanaraq həyatını itirib.


Xiamen şəhərində avtobusda baş verən yanğın.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR