İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxarıb

İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxarıb
17:17 5 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ İngiltərənin "Sky Sports" telekanalında 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya yığma komandaları arasındakı final oyununda azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun verdiyi qərar müzakirə olunub. "Report"un məlumatına görə, İngiltərə "Liverpul"unun sabiq futbolçusu Ceymi Karrager və aparıcı Ed Çembers Bəhramovun İngiltərənin qolunu qeydə almasını doğru qərar adlandırıb.
Veriliş zamanı müsir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyən olunub. Nəticədə əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına  vurduğu qolun qeydə alınması düzgün addım sayılıb.
Qeyd edək ki, 1966-cı ildə dünya çempionatının finalı Londondakı "Uembli" stadionunda keçirilib. İngiltərə və Almaniya komandalarının görüşündə əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda nominal meydan sahibləri 2 qol vuraraq kuboku qazanıblar. 





Xəbərin orijinal ünvanı: http://report.az/futbol/i-ngiltere-telekanali-tofiq-behramovu-haqli-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR