​"Azmont" gələn il Monteneqroda lüks kurort mərkəzini istifadəyə verəcək

​"Azmont" gələn il Monteneqroda lüks kurort mərkəzini istifadəyə verəcək
17:17 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ "Azmont Investment" (Azərbaycan-Monteneqro) şikrəti Monteneqrodakı turizm mərkəzinin tikintisinə 2015-ci ilin sonuna qədər ümumilikdə 150,5 mln. avro (165,2 mln. ABŞ dolları) həcmində birbaşa investisiya yatırıb. "Report" xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktorunun müavini Rəşad Rəsullu "SeeNews"a müsahibəsində deyib.
R.Rəsullu deyib ki, rəhbərlik etdiyi qurum "Portonovi" turizm mərkəzinin tikintisinə 2013-cü ildən bu vaxta qədər planlaşdırıldığından 3 dəfə artıq investisya yatırıb və bu yatırımları davam etdirməyə hazırdır: "2012-ci ildə bağlanmış investisiya müqaviləsinə görə, ilk 4 ildə 52 mln. avro, ümumilikdə isə 8 il müddətində 258 mln. avro investisiya yatırılmalıdır. "Portonovi" istifadəyə verilmə ərəfəsindədir və 2017-ci ilin yayında ilk qonaqları qəvbul edəcək. Təxminən 1 ay öncə layihədə əsas tərəfdaşımız olan İtaliyanın "Pizzarotti & C. S.P.A" şirkəti ilə 305 mln. avroluq müqavilə imzalamışıq və növbəti 3 ildə, xüsusən də 2016-2017-ci illərdə onlar daha aktiv çalışacaq. İşlər bitdiyində, "Portonovi" kurort mərkəzi Kotor buxtasında ümumilikdə 26 ha ərazini əhatə edəcək".
R.Rəsullu kurort mərkəzində fəaliyyət göstərəcək obyektlərlə bağlı da məlumat verib: "Kurort mərkəzində ekskluziv hotel, 220 super yaxta üçün körpü, 2 çimərlik klubu, tennis mərkəzi, 273 lüks mənzil, müxtəlif ekskluziv məkanlar olacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azmont-gelen-il-monteneqroda-luks-kurort-merkezini-istifadeye-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR