Messi ötən ilin ən yaxşı pleymeykeri seçilib

Messi ötən ilin ən yaxşı pleymeykeri seçilib
17:18 5 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, karyerasında ilk dəfə “Barselona”nın forvardı Lionel Messi ən yaxşı pleymeyker seçilib. O, 165 xal toplamaqla komanda yoldaşı Andres İnyestanı (91) qabaqlayıb. Üçüncü yerə isə “Nyu York Siti”nin yarımmüdafiəçisi Andrea Pirlo sahib olub.
Ötən il mükafat Toni Kroosa (“Real”) qismət olmuşdu. Onadək isə 6 il ardıcıl mükafatı “Barselona”nın futbolçuları – Xavi (2008–2011-ci il) və Andres İnyesta (2012–2013-cü il) qazanmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR