“Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmayacaq

“Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmayacaq
17:18 5 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi keçirilməyəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi səbəbindən ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmamış elan olunub.
Qeyd edək ki, “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi Tərcümə Mərkəzi tərəfindən gənc yazarlara diqqət və qayğının artırılması, Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin dünya oxucusuna çatdırılması məqsədi ilə təsis edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_soz_edebi_yaradiciliq_musabiqesi_bu_il_bas_tutmayacaq-916214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR