ABŞ-da 11 uşaq və 1 qadın girov götürülüb

ABŞ-da 11 uşaq və 1 qadın girov götürülüb
17:27 5 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Corciya ştatında, Atlantanın yaxınlığında 11 uşaq və bir qadın moteldə girov götürülüb. 

Milli.Az report-a istinadən bildirir ki, bu haqda "NBC News" məlumat yayıb.

Ehtimal olunur ki, girov götürən bir kişidir. Məlumata görə, girovların ən kiçiyi 3 aylıq körpə, ən böyüyü isə 17 yaşındadır.

Hadisə yerində xüsusi təyinatlılar, polis və xilasedicilər fəaliyyət göstərir.

Girov götürülən uşaqlar azad olunub.

APA-nın NBC-yə istinadən verdiyi məlumata görə, uşaqları girov götürən şəxs öz boynuna bıçaqla xəsarət yetirdikdən sonra polis əməkdaşları əməliyyatı uğurla keçirə biliblər.

Həmin şəxs xəstəxanaya aparılıb, uşaqlar arasında xəsarət alan olmayıb.

NBC telekanalının məlumatına görə, uşaqların girov götürülməsinə səbəb məişət zəminində münaqişə səbəb ola bilər.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR