Arda Turan "Barselona"nın "18"liyində

Arda Turan "Barselona"nın "18"liyində
17:37 5 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə milisinin yarımmüdafiəçisi Arda Turan "Barselona"nın heyətində ilk rəsmi matçına çıxa bilər.


Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Arda komanda yoldaşı Aleks Vidalla birgə "Espanyol"la keçiriləcək kubok matçının "18"liyinə daxil edilib.


Bu isə o deməkdir ki, hər iki futbolçu sabah "Espanyol"la keçiriləcək görüşdə oynaya biləcək. Sergi Roberto, Rafinya, Klaudio Bravo, Duqlas, Sandro və Adriano isə sabahkı oyunda iştirak etməyəcək.


"Espanyol"la oyun üçün "Barselona"nın "18"liyində bu futbolçular yer alıb: Ter Ştegen, Masip, Pike, Rakitiç, Buskets, Dani Alveş, Arda Turan, İniyesta, Suares, Messi, Neymar, Maskerano, Bartra, Munir, Alba, A.Vidal, Vermalen və Matye.


Qeyd edək ki, mövsümün əvvəlində "Atletiko"dan "Barselona"ya keçən Arda Turan FİFA-nın Kataloniya təmsilçisinə tətbiq etdiyi transfer qadağası səbəbindən yanvar ayına qədər komandasına kömək edə bilməyib. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turan-quotbarselonaquotnn-quot18quotliyind-t46584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR