Tanınmış müğənnini soydular - şəxsiyyət vəsiqəsi, 400 dollar və 50 manat

Tanınmış müğənnini soydular - şəxsiyyət vəsiqəsi, 400 dollar və 50 manat
17:39 5 Yanvar 2016
59 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Alişanın başına iş gəlib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış model Çağla Şikelin doğum günündən çıxan müğənninin pul qabısını naməlum şəxslər oğurlayıb. Alişan hadisədən dərhal sonra polisə müraciət edib. O, müraciətində qeyd edib ki, oğurlanan pul qabında kredit kartları, şəxsiyyət vəsiqəsi, 400 dollar və 50 AZN pulu olub. Polisə müraciət etməklə yanaşı, mətbuata da müraciət ünvanlayan müğənni hadisədən bir gün sonra gözlənilməz halla qarşılaşıb.

 

 

Belə ki, oğurluq edən şəxslər Alişanın yaşadığı evin önünə gələrək, pul qabını onun qapısının ağzına qoyublar. Pul qabının içində isə Alişanın şəxsiyyət vəsiqəsi və kredit kartları olub. Qapısının önündə pul qabını tapan ifaçı isə bu sözləri deyib:  “Pulumu oğurlayana halal olsun, heç olmasa, şəxsiyyət vəsiqəmi və kredit kartlarımı qaytardı”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR